Xəbər lenti

Bakıda xeyriyyə adı altında dələduzluq: Qadın saxlanıldı
Ölkə10:15 21.09.2026

Bakıda xeyriyyə adı altında dələduzluq: Qadın saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yasamalda xeyriyyə adı altında dələduzluq edən şəxs saxlanılıb.

Bu barədə Qaynarinfo-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də dələduzluq əməllərinə görə dəfələrlə məhkum olunmuş N.Məhərrəmova müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar zamanı onun zərərçəkmiş şəxsin evinə özünü xeyriyyə təşkilatının nümayəndəsi kimi təqdim edərək daxil olduğu, maddi yardım göstəriləcəyi vədi ilə həmin şəxsdən 2250 manat pul və 800 manat dəyərində qızıl-zinət əşyaları aldığı müəyyən edilib. N.Məhərrəmovanın əldə etdiyi qızıl-zinət əşyalarını sonradan satdığı da məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.