Xəbər lenti

Babayandan gülünc bəyanat: “Qarabağın “işğaldan azad edilməsi” vacibdir” (VİDEO)
Video 11:56 10.02.2021

Babayandan gülünc bəyanat: “Qarabağın “işğaldan azad edilməsi” vacibdir” (VİDEO)

Qondarma Dağlıq Qarabağ rejiminin "xarici işlər naziri” David Babayan yenidən gülünc bəyanatla çıxış edib.

O, "Artsax”ın (Qarabağ - red.) "işğaldan azad edilməsinin” prioritet məsələlərdən biri olduğunu bildirib.

"Bu məsələni həll etməyimiz vacibdir. Bu, bizim üçün prioritet məsələlərdən biridir. Bunun necə və nə vaxt baş verməsi bir çox amillərdən asılıdır”, – Babayan qeyd edib.

Xatırladaq ki, son günlər Dağlıq Qarabağdakı separatçı rejimin liderləri təxribat və yalan xarakterli məlumatlar yaymaqla məşğuldurlar. Onlar "DQR” ordusunun tezliklə yenidən təşkil olunması, bölgəyə muzdluların cəlb edilməsi və s. kimi "bəyanatlarla” çıxış edirlər.//Qazet.az 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->