Xəbər lenti

"Barselona" uğursuz çıxışına görə 40 milyon avroya qənaət edib
İdman13:09 13.05.2024

"Barselona" uğursuz çıxışına görə 40 milyon avroya qənaət edib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Barselona"nın bu mövsüm uğursuz çıxışı kluba xeyli vəsaitə qənaət etməyə imkan verib.
Qaynarinfo AS-a istinadən xəbər verir ki, Kataloniya klubu İspaniya çempionatı, Kral Kuboku və Çempionlar Liqasındakı məğlubiyyətlər sayəsində oyunçularına müqavilələrində nəzərdə tutulan bonus kimi təxminən 40 milyon avro ödəməyib. 
Eyni zamanda, İspaniya Super Kubokunda uğurlu çıxışa görə mükafatlar əmək müqavilələrinə daxil edilmədiyi üçün ayrıca müzakirə olunacaq.
Qeyd olunur ki, 2022/23 mövsümündə Kataloniya komandasının rəhbərliyi ölkə çempionluğu üçün futbolçulara təxminən 20 milyon avro ödəyib.
Hazırda klubda komandanı yeni mövsümə kimin hazırlayacağı bəlli deyil. Yanvarın 27-də İspaniya çempionatının 22-ci turunun matçında "Barselona" doğma meydanda "Vilyarreal"a uduzub (3:5). Oyundan sonra Xavi mövsümün sonunda baş məşqçi postunu tərk edəcəyini açıqlamışdı. Mütəxəssis ayrılmaq qərarını klubun kursu dəyişməli olması ilə izah edib.
Aydın