Xəbər lenti

Avrokubokların final oyunlarının hakimləri bəlli oldu
İdman 20:10 13.05.2024

Avrokubokların final oyunlarının hakimləri bəlli oldu

2023/2024 mövsümündə avrokubokların final oyunlarını idarə edəcək baş hakimlərin adları açıqlanıb.


Report UEFA-nın "X" səhifəsinə istinadən xəbər verir ki, Çempionlar Liqasında "Real" (Madrid) və "Borussiya" (Dortmund) arasında keçiriləcək final görüşünü sloveniyalı Slavko Vinçiç idarə edəcək.


Avropa Liqasının həlledici mərhələsində üz-üzə gələcək "Bayer 04" və "Atalanta" komandalarının oyununa rumıniyalı İştvan Kovaç təyin olunub.


Konfrans Liqasının final görüşü olan "Olimpiakos" - "Fiorentina" matçına portuqaliyalı Artur Soareş Diaş təyinat alıb.


Qadınlar arasında Çempionlar Liqasının qalibinin müəyyənləşəcəyi "Barselona" - "Lion" görüşündə isə Rebekka Uelş ədaləti qoruyacaq.



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->