Texnologiya 19:30 21.09.2022

“Bakcell” şəbəkəsində texniki nasazlıq aradan qaldırıldı (YENİLƏNİB)

Bu gün axşam saatlarında "Bakcell” şəbəkəsində yaranmış texniki nasazlıq aradan qaldırılıb.

Bu barədə Qaynarinfo-ya "Bakcell” şirkətindən bildirilib.
 
Qeyd olunub ki, artıq abunəçilər rahatlıqla "Bakcell” xidmətlərindən istifadəyə davam edə bilərlər. Nasazlığın səbəbləri ilə bağlı məlumat veriləcək.

20:29
 
Texniki nasazlıqla əlaqədar xidmətlərin göstərilməsində məhdudiyyətlər yaranıb.

"Bakcell” şirkətinin PR və korporativ kommunikasiyalar üzrə direktoru Süheylə Cəfərova Qaynarinfo-ya bildirib ki, texniki heyət çətinliyin tez bir zamanda aradan qaldırılması üçün işlər görür.

"Yaranan çətinliyə görə dəyərli abunəçilərimizdən üzr istəyir və tez bir zamanda xidmətlərimizin bərpa olunacağını bildiririk. Abunəçilərimizə əlavə məlumat veriləcək”, - şirkət rəsmisi vurğulayıb.

NAR-dan verilən məlumatda qeyd olunub ki, texniki çətinliklə əlaqədar şəbəkə xidmətlərində müvəqqəti fasilə yaranıb: "Hazırda heyətimiz xidmətlərin ən qısa zaman ərzində bərpa edilməsi üçün çalışır.

Yaranmış texniki çətinliyə görə abunəçilərimizdən üzr istəyirik. Əlavə məlumat təqdim ediləcək”.

19:30

Azərbaycanda "Bakcell" və "Nar" operatorlarının şəbəkələrində problem yaranıb.

Qaynarinfo-nun telekommunikasiya xidmətləri göstərən şirkətlərdən əldə etdiyi məlumata görə, problemin aradan qaldırılması üçün işlər aparılır.

"Bakcell" şirkətindən verilən məlumata görə, texniki nasazlıqla əlaqədar xidmətlərin göstərilməsində məhdudiyyətlər yaranıb: "Texniki heyət çətinliyin tez bir zamanda aradan qaldırılması üçün işlər görür. Yaranan çətinliyə görə dəyərli abunəçilərimizdən üzr istəyir və tez bir zamanda xidmətərimizin bərpa olunacağını bildiririk. Abunəçilərimizə əlavə məlumat veriləcək".