XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Bakıda qadın işlədiyi mağazada döyüldü
Ölkə23:44 09.09.2026

Bakıda qadın işlədiyi mağazada döyüldü

Bakının Sabunçu rayonunda 37 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.

Qaynarinfo “demokrat.az”a istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsində yerləşən mağazada baş verib.

Tərtər rayon sakini Vahid həyat yoldaşı Saranın (adlar şərtidir – red.) işlədiyi mağazaya gəlib və onunla mübahisə yaradıb.

İstintaq sənədlərinə görə, 37 yaşlı kişi mağazada aralarında yaranmış mübahisə zamanı əli ilə bir dəfə arvadının sağ sifət nahiyəsinə və ayağı ilə sol bud nahiyəsinə vuraraq ona xəsarətlər yetirib.

Faktla bağlı Vahidin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Vahid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, arvadına xəsarət yetirməsi ilə bağlı törətdiyi əməldən peşman olub, zərərçəkmiş şəxslə barışıb.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və onun barəsində olan cinayət təqibinə xitam verilib.