XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Murad Arif: "Toy sektoru Azərbaycanın mental biznes strukturudur"
Maqazin17:57 09.09.2026

Murad Arif: "Toy sektoru Azərbaycanın mental biznes strukturudur"

"Toy sektoru Azərbaycanın mental biznes strukturudur"

Qaynarinfo xəbər verir ki, bunu müğənni Murad Arif Azərbaycanda toyların 100 nəfərlik keçirilməsi ilə bağlı təklifə münasibət bildirərkən deyib.

O, toy sektorunda böyük əmək və maliyyə dövriyyəsinin olduğunu vurğulayıb:

“Ayıq sürücüsündən tutmuş xadiməyə, aşpaza, kostyum və geyim ticarətinə, saç və gözəllik salonlarına qədər. Maşın icarəsi, mənzil, avtomobil satışı... Saymaqla bitməz. Bir ofisiant tanıyıram ki, üç övladını rayondan şəhərə ali təhsil almağa gətirib, təmin edib... Milyonlarla insanın çörək puluyla oynamaqdan danışırsınız? Toy sektoru Azərbaycanın mental biznes strukturudur... Amma aramızda şənlənmək düşmənləri, qərəmət heyranları, yas-matəm fanatları da var. “Ağıllı”nın biri çıxıb norma diktə edir – toylar 100 nəfərlik olsun, maksimum iki saat davam etsin. Özüm ölüm, dəlixanadıye... Get özündən, əzizlərindən, qohumlarından başla da, qardaşım. Olar? Dəb nədir? Biri başlayır, o birisinin xoşuna gəlir. Başqaları da təkrar edir. Səni zorla toya aparan var? Yaxud sənə zorla toyuna 500 adam çağır deyən var? Öz əlindədir. Çətindir özündən başlamaq, dəyişmək. Çağırırlar, getmə! Pul salma, sənə də borclu qalmasın kimsə. Niyə bu qədər riyakarıq edirsiniz axı?! Səmimi olmağı bacarın, ay insanlar”.

Müğənni dəvət olunduğu toylara getmək istəməyənlərə də bəzi tövsiyələr verib:

“Çağıranda deyin ki, biz o qədər yaxın deyilik. Üzr istəyirəm, gəlmirəm. Planlarım olacaq, yer saxlama mənə! İmkanım yoxdur. Növbəti dəfə gələrəm. Deyin bu sözləri, bir-birinizə dürüst olun. Nə məcbur edir bu qədər saxta olmağa?! Mısmırıxla gəlib insanın toyunu “ağırlaşdırmaq” nəyə lazımdır?! Eləmə də 500 nəfərlik, elə 50 nəfərlik. Kim sənə nə deyə bilər?! Daha başqasının məclisinə, dəbinə, keyfinə burun soxmaq nədir? Bəlkə camaatın şəxsi işinə, istəyinə burun soxan “yadlar-giclər” artıq küy eləməsin deyə, internetə də məhdudiyyət qoysunlar”.

Bahar Rüstəmli