XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Dünya Bankı Qrupunun Azərbaycandakı vahid nümayəndəsi bilindi (FOTO)
Ekonomiks17:27 09.09.2026

Dünya Bankı Qrupunun Azərbaycandakı vahid nümayəndəsi bilindi (FOTO)

Dünya Bankı Qrupunun Azərbaycandakı vahid nümayəndəsi Saşa Akira Bakes (Sacha Akira Backes) təyin edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Report"a təşkilatdakı mənbə bildirib.

"Daha əvvəl güman edilirdi ki, Saşa Bakes 2023-cü il iyulun 1-dən nümayəndəliyə rəhbərlik edən Stefani Ştalmaysteri (Stefanie Stallmeister) bu vəzifədə əvəz edəcək və iyulun 1-dən Dünya Bankının Azərbaycandakı ölkə meneceri vəzifəsinin icrasına başlayacaq. Lakin Dünya Bankı Qrupunun vahid nümayəndə modelinə keçmək qərarı ilə əlaqədar olaraq Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) ölkə meneceri vəzifəsinin də S.Bakesə həvalə olunması barədə qərar qəbul edilib. S.Bakes yaxın vaxtlarda öz vəzifəsinin icrasına başlayacaq", - mənbə izah edib.

Qeyd edək ki, o, təxminən 19 ildir ki, IFC-də çalışır.