"İnter Mayami"nin hücumçusu Lionel Messi İspaniyanın ikinci divizionunda çıxış edən "Eldense" klubunun sahibləri ilə klubun alınmasının əsas şərtləri barədə razılığa gəlib.
Qaynarinfo bu barədə "Marca"ya istinadən xəbər verir.
Yayılan məlumata görə, argentinalı futbolçu tərəfdaşlar və kənar investorların iştirakı olmadan klubun səhmlərinin 100 faizini almaq niyyətindədir. Sövdələşmə hüquqi yoxlama başa çatdıqdan və müqavilə ilə bağlı son detallar razılaşdırıldıqdan sonra yaxın günlərdə rəsmiləşdirilə bilər. Bundan əlavə, sövdələşmə İspaniyanın Ali İdman Şurası tərəfindən təsdiqlənməlidir.
"Eldense" mövsümün əvvəlində hələ qələbə qazana bilməyib. Komanda dörd turdan sonra iki xalla turnir cədvəlinin 20-ci pilləsində qərarlaşıb.
Aydın
Şərhlər