Xəbər lenti

Serbiya parlamenti buraxıldı
Dünya15:41 09.09.2026

Serbiya parlamenti buraxıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Serbiya parlamenti buraxılıb.

Qaynarinfo xəbər verir ki, Serbiya Prezidenti Aleksandar Vuçiç bu gün parlamentin buraxılması və oktyabrın 25-də növbədənkənar seçkilərin keçirilməsi haqqında fərman imzalayıb.

Fərmanda 2023-cü il dekabrın 17-də seçilmiş Serbiya Assambleyasının buraxıldığı bildirilir.

O, qərarı Serbiya hökumətinin 7 sentyabr tarixli əsaslandırılmış təklifi əsasında verib.

Qeyd edək ki, A.Vuçiç dünən Serbiya Radio və Televiziyasının efirində parlamentin buraxılacağını və oktyabrın 25-də növbədənkənar seçkilərin keçiriləcəyini açıqlamışdı.