Xəbər lenti

Sabahdan iki küçədə yollar təmirə bağlanır
Ölkə23:09 09.09.2026

Sabahdan iki küçədə yollar təmirə bağlanır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Aparılacaq təmir işləri ilə əlaqədar Xətai rayonu, Kazımağa Kərimov küçəsinin bir hissəsində və Nizami rayonu, Keşlə qəsəbəsi, 6-cı Keşlə küçəsində hərəkət məhdudlaşdırılacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, təmir işlərinə 10 sentyabr saat 09:00-dan etibarən start veriləcək.

Kazımağa Kərimov küçəsində hərəkətin qismən, 6-cı Keşlə küçəsində isə tam məhdudlaşdırılması nəzərdə tutulur. Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və qeyd olunan ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları xahiş edilib.