Xəbər lenti

Ölkə 17:51 06.11.2023

"Bakı-Gecələri" restoranında mübahisə davaya çevrildi – Qonşular əlbəyaxa oldular

Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən "Bakı-Gecələri" restoranında qonşular arasında baş verən mübahisə dava ilə bitib.  

Qaynarinfo-nun məlumatına görə, qonşular İlham, Hafiz, Cavid və Firdovsi (adlar şərtidir) "Bakı-Gecələri" restoranında gedib yeyib-içiblər. 

Restoranda İlham hədsiz dərəcədə içkili olduğu üçün Cavidlə zarafatlaşmağa başlayıb. 

Cavid isə onunla zarafatı olmadığını deyərək buna son verməsini xahiş edib. 

İlham Cavidə kobud cavab verərək, bokalı onun başına vuracağını deyib. Mübahisə getdikcə qızışıb. 

Cavid taksi çağıraraq İlhamla söhbəti restorandan kənar yerdə davam etdirmək istəyib. Qarşı tərəf bununla razılaşıb. Hafizlə Firdovsi isə onları sakitləşdirmək üçün onlarla birgə taksiyə minib. Lakin yolda tərəflərin anlaşa bilmədiyini görüb taksidən düşüblər. 

İlhamla Cavid yola davam edib və uyğun yerlərin birində taksini saxlatdıraraq maşından düşüblər. Bundan sonra onların arasındakı mübahisə əlbəyaxa davaya çevrilib. 

Cavid İlhamın bədninin müxtəlif nahiyələrinə yumruq və təpiklə zərbələr endirib. 

Hadisədən sonra Cavid hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və barəsində cinayət işi başlanıb. 

Lakin zərərçəkən məhkəmədə Cavidin içkili olduğunu əsas gətirərək onu bağışlayıb. 

Bununla belə, 1991-ci il təvəllüdlü Cavid Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsrili bilinərək 1500 manat cərimələnib. 

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->