Xəbər lenti

Bakı və 7 şəhərdə suyun verilişində məhdudiyyətlər olacaq
Ekonomiks 18:41 08.09.2023

Bakı və 7 şəhərdə suyun verilişində məhdudiyyətlər olacaq

Bakı və 7 şəhərdə suyun verilişində məhdudiyyətlər olacaq.

Bu barədə Qaynarinfo-ya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.

Qeyd edilib ki, son günlər regionlarda müşahidə olunan intensiv yağıntılar səbəbindən Kür Sutəmizləyici Qurğular Kompleksində və Kür-Bakı magistral su kəmərində zəruri təmir-bərpa işləri ilə əlaqədar Şirvan, Hacıqabul, Saatlı, Sabirabad, Salyan, Neftçala, Biləsuvar şəhərlərinə, magistral su kəmərlərinin marşrutu boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ rayonuna və Səbail rayonunun bir hissəsinə içməli suyun verilişində məhdudiyyətlər olacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->