Xəbər lenti

Foto 09:31 08.05.2019

Bakıda ada qiymətinə iki otaqlı ev satılır (FOTOLAR)

Bakıda 3 100 000 AZN qiymətinə iki otaqlı mənzil satılır.

Bu barədə elan bina.az saytında yerləşdirilib.

Məlumata əsasən, Bakı şəhəri Xətai rayonunda, Yaşıl ada küçəsində yerləşən 2 otaqlı ev çox baha qiymətə satılır. Belə ki, "Xətai" metrostansiyasının yanında yerləşən evin ümumi sahəsi  95 kvadratmetr təşkil edir. Bu mənzilə sahib olmaq istəyən şəxs nə az, nə çox düz 3 100 000 manat ödəməli olacaq.
Hesablamaya görə mənizlin 1  kvadratmetri 32 600 AZN başa gəlir.

Qeyd edək ki, bu qiymətdən bir qədər baha Braziliyaya məxsus İlha Das Pacas adlı ada almaq mümkündür. Adanın sahəsi 1 400 kvadratmetr yox, 146 kvadrat kilometr təşkil edir. (Buta.media)

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?