Xəbər lenti

Bakıda məşhur iş adamı həbs olundu - Xəzinədarı 20 min manatını oğurlamışdı
Ölkə 15:36 21.01.2025

Bakıda məşhur iş adamı həbs olundu - Xəzinədarı 20 min manatını oğurlamışdı

Bir nəfərin adına 40 şirkət açaraq dövlət büdcəsindən 10 milyon manata yaxın vəsaiti yayındırmaqda ittiham olunan sahibkar həbs edilib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, sahibkar Bahəddin Qarakedəyev mütəşəkkil dəstəyə rəhbərlik etməklə milyonlarla manatı vergidən yayındırmaqda ittiham edilib. 

Onlar dəstənin bir üzvünün adına 40-a yaxın şirkət açdırmaqla 9121670,62 manat məbləğində verginin dövlət büdcəsinə ödənilməsindən yayındırıblar. 

Bahəddin Qarakedəyev və dəstənin digər üzvlərinə Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə cinayət işi açılıb və onlar həbs ediliblər. 

Qeyd edək ki, 2012-ci ilin yanvar ayında Bahəddin Qarakedəyev rəhbəri olduğu «ARTS» tikinti materialları alqı-satqı şirkətinin xəzinədarı Mərdan Xankişiyev içərisində 20 min manat olan əl çantasını onun əlindən alaraq qaçması ilə gündəmə gəlmişdi. Hadisəni törətdikdən bir gün sonra Mərdan Xankişiyev həbs edilmidşi.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->