Xəbər lenti

Bakıda müəssisədən 8 min manatlıq oğurluq olub
Ölkə 15:30 23.03.2023

Bakıda müəssisədən 8 min manatlıq oğurluq olub

Bakıda müəssisədən 8 min manatlıq oğurluq olub.

Qaynarinfo xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.

Belə ki, Binəqədi rayonu ərazisində yerləşən müəssisələrdən birinin həyətindən 8 000 manat dəyərində dəmir lövhələrin oğurlanması barədə polisə məlumat daxil olub.
Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri Vaqif Bayramov və Cavid Baxşeyiş müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->