Xəbər lenti

Bakıda polislərin qətlə yetirildiyi insidentlə bağlı şok detallar: Anasından girov kimi istifadə edib
Ölkə 20:30 24.06.2024

Bakıda polislərin qətlə yetirildiyi insidentlə bağlı şok detallar: Anasından girov kimi istifadə edib

Bakının Xəzər rayonu Şüvəlan qəsəbəsində baş verən silahlı insidentlə bağlı yeni detallar məlum olub.

Qaynarinfo axar.az-a istinadən xəbər evrir ki, əməliyyat zamanı Rövşən Allahverdiyev anasının arxasında gizlənib və "Lancaster" ov tüfəngini onun çiyninə qoyaraq, polisləri nişan alıb.

Polis əməkdaşları cinayətkarın ailəsi və anasının xəsarət alma ehtimalını nəzərə alaraq, silahları yerə qoyub və öz anasından girov kimi istifadə edən R.Allahverdiyevlə danışmağa cəhd göstəriblər. R.Allahverdiyev isə bu məqamdan istifadə edərək, silahlarını artıq yerə qoyan polislərə atəş açıb və onları qətlə yetirib.

Yalnız ailəsi və anası təhlükəsizlikdə olandan sonra digər polis əməkdaşları R.Allahverdiyevi məhv ediblər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->