Bakılı namizəd Aleksandr Beqlov Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən qubernator seçkisində liderdir.
Qaynarinfo xəbər verir ki, Rusiya Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, səslərin 95%-i artıq hesablanıb.
Müstəqil namizəd olan A.Beqlov 64,58%, onun rəqibləri Ədalətli Rusiya Partiyasının namizədi Nadejda Tixonova 16,87%, Vətəndaş Platforması Partiyasının namizədi Mixail Amosov isə 15,9% səs toplayıb.
Qeyd edək ki, Aleksandr Beqlov 1956-cı il 19 mayda Bakıda anadan olub.
Gülşən
Şərhlər