Xəbər lenti

ABŞ Ukraynaya Rusiya üzərindəki hədəfləri vurmaq üçün silahlarından istifadəyə icazə verib - WP
Dünya 16:26 30.05.2024

ABŞ Ukraynaya Rusiya üzərindəki hədəfləri vurmaq üçün silahlarından istifadəyə icazə verib - WP

ABŞ Ukrayna ordusuna ölkəni təhdid edərsə, Rusiya ərazisi üzərindəki hədəfləri məhv etmək üçün Amerika hava hücumundan müdafiə avadanlıqlarından istifadə etməyə icazə verib.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Washington Post" Ağ Ev rəsmisinə istinadən yazıb.

Qeyd edilib ki, Ukraynanın Rusiya ərazisi üzərində Rusiya raketləri və ya qırıcılarını vurmaq üçün ABŞ-ın təqdim etdiyi hava hücumundan müdafiə vasitələrinin istifadəsinə heç bir məhdudiyyət yoxdur.

Anonimlik şərti ilə danışan amerikalı məmur deyib: "Ukraynanın Rusiya ərazisi üzərində əgər Ukrayna üçün təhlükə yaradarsa, Rusiya raketləri və ya qırıcı təyyarələrini vurmaq üçün ABŞ-ın verdiyi hava hücumundan müdafiə sistemlərindən istifadə etməsinə heç bir məhdudiyyət yoxdur".

Qeyd edək ki, NATO və Avropa İttifaqı getdikcə daha çox Rusiyaya qarşı Qərb silahları ilə zərbələrə qoyulan qadağanın aradan qaldırılmasına çağırır. Ukrayna iddia edir ki, bu, onun Rusiya Federasiyası tərəfindən transsərhəd hücumlarının qarşısını almaq imkanlarını məhdudlaşdırır.

Bir gün əvvəl Fransa prezidenti Emmanuel Makron Rusiya Federasiyasına hücumlar üçün Ukraynaya uzaqmənzilli silahların verilməsini dəstəkləyib. Onun sözlərinə görə, Kiyevə raketlərin buraxıldığı hərbi obyektləri, əslində isə Ukraynanın hücuma məruz qaldığı hərbi obyektləri zərərsizləşdirməyə icazə verilməlidir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->