Xəbər lenti

Bank sədri işdən çıxdı
Ekonomiks 14:06 15.08.2019

Bank sədri işdən çıxdı

"Premium Bank” ASC-nin İdarə Heyətinin (İH) sədri Mahir Əhmədov öz istəyi lə vəzifəsindən azad edilib.

Qaynarinfo banka istinadən xəbər verir ki, onu müvəqqəti olaraq İH-nin üzvü, Maliyyə departamentinin direktoru Mahir Nəcəfov əvəz edir.

Xatırladaq ki, "Premium Bank” 1993-cü ildə "AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını "Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 104,601 milyon manatdır. Bankın səhmlərinin 84,48%-I Zərifə Həmzəyevaya, 15,22%-I "VIP Aviation Services" MMC-yə, 0,31%-i isə Elvira Əhmədovaya məxsusdur.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->