Ölkə 10:36 09.03.2023

Baş prokurorun birinci müavini Naxçıvana getdi

Azerbaycan Respublikası Baş prokurorunun birinci müavini Elçin Məmmədov Naxçıvan Muxtar Respublikasına gedib.

APA xəbər verir ki, səfər çərçivəsində öncə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət edilib.

Elçin Məmmədovun bu gün prokurorluq orqanlarında bir sıra görüşlər keçirəcəyi gözlənilir.