Bayden və Putin arasında telefon danışığı oldu

Bayden və Putin arasında telefon danışığı oldu

ABŞ prezidenti Co Bayden və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

TASS xəbər verir ki, dövlət başçıları bir sıra regional və qlobal əhəmiyyətli məsələləri müzakirə edib, Strateji Hücum Silahları haqqında razılaşma çərçivəsində dialoqu davam etdirməyin vacibliyini vurğulayıblar.

Ağ Ev rəhbəri kiberhücumlar və seçki prosesinə müdaxilə məsələlərində ABŞ-ın öz maraqlarını ciddi şəkildə müdafiə edəcəyini bəyan edib.

ABŞ prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, Bayden ölkəsinin Ukraynanın suverenliyini və ərazi bütövlüyünü tam dəsklədiyini qeyd edərək, Rusiya qoşunlarının bölgədə cəmləşməsindən narahatlığını ifadə edib. O, həmçinin Rusiyanı regionda gərginliyin azaldılmasına çağırıb. (oxu.az)
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR