Xəbər lenti

Bədənimizdəki 9 proses və səbəbləri (FOTOLAR)
Foto 12:22 13.11.2017

Bədənimizdəki 9 proses və səbəbləri (FOTOLAR)

Əsnəmək, gərnəşmək, asqırmaq, dərinin suya girərkən qırışması, tüklərin biz-biz olması və s. hadisələr bədənimizdə baş verən, lakin səbəblərini bilmədiyimiz proseslərdəndir. Bunlar bədənimizin müdafiə mexanizminin bir parçasıdır. "Qaynarinfo" həmin hadisələrin səbəblərini təqdim edir.

Tüklərin biz-biz olması 

Soyuq havalarda baş verən bu proses dəridə məsamələrin itirdiyi temperatur miqdarını azaldır, nəticədə bədənimiz istiliyi daha rahat saxlaya bilir.

Dərinin qırışması

Dərimiz uzun müddət suda, nəm mühitdə qalanda, ətrafın sürüşkən ola bilmə ehtimalına görə qırışır və müdafiə sistemi yaradır. 
 
Mioklonik tutmalar
 
Yuxuya gedən zaman bəzən diksinərək, titrəyərək oyanırıq. Səbəb, yuxuya gedərkən nəfəs sürətimiz, ürək döyüntülərimizin sürəti aşağı düşür və əzələlərimiz rahatlayır. Beyin bu prosesi ölüm kimi qəbul edir və bizi oyandıraraq xilas etməyə çalışır.

Əsnəmək 

Beynimizdə temperatur yüksələndə və yüklənəndə rahatlamanı təmin etmək üçün əsnəyirik.

Asqırmaq
 
Tənəffüs yollarımıza həddindən artıq mikrob, toz daxil olduqda, bu proses baş verir və bu, bədənimizdəki əlavə və zərərli hissələri kənarlaşdırmaq yollarından biridir.

Gərnəşmək
 
Gərnəşmək gün ərzində daşımaq məcburiyyətində qalacağımız yüklərə hazırlıq məqsədi güdür. Gərnəşmək həmçinin əzələləri hərəkət etdirir, qan dövranını yaxşılaşdırır.
 
Hıçqırmaq
 
Sürətli, çox yeyəndə və böyük tikələri udan zaman ağciyər-mədə sinir sistemimiz qıcıqlanır və hıçqırıqla prosesə reaksiya verir.
 
Yaddaş itkisi
 
Beynimiz pis hadisələri xatırlamaq istəməyəndə. baş verənləri yaddaşımızdan silərək müdafiə mexanizmi yarada bilər.
 
Göz yaşı
 
Yad cisimlər gözə daxil olduqda bu orqan müdafiə məqsədilə göz yaşı istehsal edir. Alimlərin fikrincə, görə stressli və emosional vəziyyətlərdə gözümüz göz yaşı istehsal edir, əlavə qıcıqlanma mərkəzi yaradaraq şəxsin diqqətini əsas hadisədən uzaqlaşdırır. 
 

Gülşən
Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->