Xəbər lenti

Bələdiyyə sədri ağcaqanadlar qarşısındakı acizliyini bu şəkildə ifadə etdi
Dünya 17:25 25.07.2018

Bələdiyyə sədri ağcaqanadlar qarşısındakı acizliyini bu şəkildə ifadə etdi

Fransanın Briollay ərazisinin bələdiyyə sədri sel fəlakətindən sonra yaranan ağcaqanad problemini qeyri-adi yolla həll edib.

Qaynarinfo xəbər verir ki, 3 min nəfərin yaşadığı ərazi insanları bələdiyyəyə ağcaqanadlar barədə şikayət ünvanlayıb. Bu canlılar əleyhinə tədbirlər görülsə də, ciddi nəticə əldə edilməyib.
 
Bələdiyyə sədri Andre Mağşo vəziyyət qarşısında çarəsizliyini belə ifadə edib: "Ağcaqanadların əraziyə girişini qadağan etmişəm".

Qeyd edək ki, Mağşo qərardan sonra ağcaqanadların sayının azaldığını, lakin növbəti sel fəlakətində ərazinin eyni problemlə üzləşəcəyini dilə gətirib.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->