Xəbər lenti

Belqorodda FSB binasına PUA hücumu oldu (FOTO)
Dünya 12:24 13.03.2024

Belqorodda FSB binasına PUA hücumu oldu (FOTO)

Naməlum pilotsuz təyyarə Belqorodda Federal Təhlükəsizlik Xidmətinin binasına hücum edib.

Qaynarinfo xəbər verir ki, TASS-ın əməliyyat xidmətlərinə istinadən verdiyi məlumata görə, PUA binaya çırpılıb, lakin ona minimal ziyan dəyib.

"Ukrayna Silahlı Qüvvələrinin Belqorodda FSB binasına pilotsuz uçan aparatlarının hücumu nəticəsində itki olmayıb, fasad zədələnib, pəncərələr sındırılıb”, - əməliyyat xidmətləri bildirib.

Eyni zamanda, Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov FSB binasına edilən hücumla bağlı səssiz qalıb. Bunun əvəzinə o, Belqoroda iki pilotsuz təyyarənin hücumuna məruz qaldığını bildirib. Onlardan biri yaşayış binasına minimal ziyan vurub, digəri, Qladkovun sözlərinə görə, çaya düşüb.
UNİAN-ın məlumatına görə, səhər saatlarında naməlum pilotsuz təyyarələr Rusiyanın Ryazan şəhərində neft zavoduna hücum edib. Qurğulardan birinə ciddi ziyan dəyib.

Rusiya mətbuatının məlumatına görə, martın 13-də səhər tezdən zavoda bir neçə pilotsuz təyyarə hücum edib. Hadisə şahidləri bir neçə partlayış səsi eşidib, sonra müəssisənin üstündə qatı tüstü sütunu görüblər.

Martın 12-də səhər saatlarında Nijni Novqorod vilayətinin qubernatoru dronların "sənaye zonasındakı yanacaq-energetika kompleksi obyektinə" hücum etdiyini və yanğına səbəb olduğunu söyləyib. O, söhbətin hansı obyektdən getdiyini açıqlamayıb.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->