İdman 17:55 14.10.2021

Bir zamanlar milyonlar qazanırdılar, müflis oldular (FOTOLAR)

Bəzi futbolçular futboldan qazandıqları sərvətlə gözəl bir həyat yaşasa da, bəziləri buna nail ola bilmir və məsuliyyətsizlikləri, yaxud da hansısa problemlər ucbatından əllərində qəpik-quruş qalır.

Qaynarinfo müflis olduğunu bildirən bəzi futbolçuların adlarını təqdim edir:

ROYSTON DRENTE
 


Karyerasının zirvəsində "Real"da oynayan futbolçu daha öncə 3,2 milyon funt-sterlinq itirdiyini açıqlamışdı. Drente hazırda "Rasinq Mursiya"da çıxış edir. 

ASAMOA GYAN
 


Bir zamanlar Türkiyədə də forma geyinmiş futbolçunun elə həmin illərdə müflis olması xəbəri yayılmışdı. 2018-ci ildə bankdakı hesabında cəmi 600 funt-sterlinq olduğu iddia edilirdi. Çində oynayarkən həftədə 227 min funt-sterlinq qazandığı deyilən Gyanın hansı problemlər yaşadığı hələ də sirr olaraq qalır. 
 
RONALDİNYO
 


Braziliyalı əfsanənin 2018-ci ildə bank hesabında sadəcə, 5 funt-sterlinq olduğu və hələ də 1,75 milyon funt-sterlinq borcu qaldığı bildirilir. 

DAVID CEYMS
 


Karyerası boyu təxminən 20 milyon funt-sterlinq qazanmasına rəğmən sabiq qapıçı 2014-cü ildə müflis olduğunu açıqlayıb. "Liverpul" və "Mançester Siti" kimi Premyer Liqa klublarında qazanclı karyera yaşamaqla yanaşı Ceyms "Armani" üçün model kimi də fəaliyyət göstərmişdi. Bundan əlavə o bir neçə mülkə sahib idi. 

DİYEQO MARADONA
 


Ötən il vəfat edən Argentina yığmasının əfsanəsi qazancı ilə iki dəfə dünya rekordu qırmışdı. Ancaq sabiq futbolçu 2009-cu ildə müflis olduğunu elan etmək məcburiyyətində qaldı. Çünki İtaliya Vergi İdarəsi hələ "Napoli"də oynadığı zamanlardan (1980-ci il) qalan 42 milyon funt-sterlinq dəyərində vergini ödəməsini tələb etmişdi.  

CON ARNE RİSE
 


Norveçli müdafiəçi "Liverpul"un heyətində Çempionlar Liqasını qazandıqdan iki il sonra müflis olmuşdu. Təxminən 150 min dollar məbləğində ödənilməmiş borcları səbəbilə məhkəməlik olan Rise, meneceri ilə 5 milyon dollarlıq fırıldağın da qurbanı olmuşdu. 

SELESTİN BABAYARO
 


Bir dönəm həftədə 45 min dollar qazanan Babayaro məhkəmədən yaxasını qurtara bilməmişdi. O məhkəmə proseslərindən sonra müflis olduğunu açıqlamışdı.

Mənbə: "NTV Spor"
Səbuhi Həsənov