"Əgər münaqişəyə son qoymaq istəyirlərsə, özlərinin 1990-ci ildə qəbul etdiyi qətnamənin reallaşmasını təmin etsinlər".
BunuQaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu oktyabrın 19-da keçirilməsi nəzərdə tutulan BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qapalı iclası haqqında danışarkən deyib. Politoloq qeyd edib ki, BMT-nin bu iclası əvvəlkilərdən heç nə ilə fərqlənməyəcək:
"İclas qapalıdır. Yəqin yenə də danışıqlara, atəşkəsə çağırışlar olacaq. Bu görüşün Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur. Artıq neçənci dəfədir ki, Gəncəni vururlar, belə bir vəziyyətdə heç bir atəşkəsdən söhbət gedə bilməz".
Elxan Şahinoğlu bildirib ki, 1990-ci ildə qəbul edilən qətnamə reallaşmasa, Azərbaycanı heç nə dayandıra bilməz.
Qeyd edək ki, oktyabrın 19-da BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağla bağlı qapalı iclas keçirəcək. Bildirilir ki, iclas Minsk Qrupunun həmsədrləri olan Rusiya, Fransa və ABŞ-ın təşəbbüsü ilə keçiriləcək.
Bahar Rüstəmli
Şərhlər