Goranboyda yolu keçmək istəyən 3 nəfəri maşın vurub.
Qaynarinfo-nun Qafqazinfoya istinadən verdiyi məlumata görə, hadisə rayonun Qızılhacılı kəndi ərazisində baş verib. Hərəkətdə olan "BMW” kənd sakini, 31 yaşlı Nərgiz Mustafayevanı, 29 yaşlı Gülnar Qasımovanı və onun qızı 4 yaşlı Mədinəni vurub. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər