Xəbər lenti

Amerikalıların 60%-i debatdan sonra Baydenin yerinə başqa namizəd verilməsini istəyir
Dünya 11:40 29.06.2024

Amerikalıların 60%-i debatdan sonra Baydenin yerinə başqa namizəd verilməsini istəyir

ABŞ-da keçirilən yeni sorğuda seçicilərin 60 faizi prezident Co Baydenin cümə axşamı günü debatda çıxışından sonra Demokratların namizədi olaraq "mütləq" və ya "yəqin ki" başqa biriylə dəyişdirilməli olduğunu düşünür.

Qaynarinfo xəbər verir ki, "Morning Consult”un keçirdiyi sorğunun cümə günü Axios-da yayımlanan nəticələrindən belə çıxır.

2,068 respondent arasında sorğunun nəticələri, Demokratlar arasında Baydenin prezidentliyə namizəd kimi dəyişdirilməsi perspektivi ilə bağlı pərdəarxası müzakirələri əks etdirir.

Demokrat seçicilərin 21%-i hesab edir ki, Baydeni "qətiyyən əvəzlənməyə dəyməz”, 20%-i isə "yəqin ki, dəyməz” deyə düşünür.

Respondentlərdən Bayden və keçmiş prezident Tramp arasında seçim etmələri istənildikdə, 45%-i prezidenti, 44%-i isə keçmiş baş komandanı seçib.

Nəticələr Trampın biznes qeydlərinin saxtalaşdırılması ilə bağlı 34 cinayətdə təqsirli bilinməsindən sonra aparılan sorğuya bənzəyir.
Bu onu deməyə əsas verir ki, "Prezident Co Bayden Trampa qarşı mövqeyini itirməyib”, Morning Consult öz nəticələrində bildirib.

Bununla belə, respondentlərin əksəriyyəti - debatı izləyənlərin 57%-i Trampın Baydendən üstün olduğunu bildirib. Onların 19%-i Demokratlar, 60%-i müstəqil, 93%-i Respublikaçılardır. Sorğunun səhv marjası +/- 2 faiz bəndi olub.

Cümə günü Donald Tramp cümə axşamı günü prezidentlik debatlarında Co Baydenin zəif çıxışından sevinib.

Prezident Bayden dünən Trampla debatda zəif çıxış etdiyini etiraf edib, lakin yarışı tərk etmək fikrində olmadığını bildirib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->