Xəbər lenti

Daha 10 ukraynalı Rusiya əsarətindən xilas oldu: aralarında Nəriman Cəlal da var (FOTO)
Dünya 12:35 29.06.2024

Daha 10 ukraynalı Rusiya əsarətindən xilas oldu: aralarında Nəriman Cəlal da var (FOTO)

Daha 10 Ukrayna vətəndaşı Rusiya əsirliyindən geri qaytarılıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

"Biz bütün çətinliklərə baxmayaraq, daha on insanımızı rus əsirliyindən geri qaytara bildik. Krım tatar xalqı Məclisinin sədr müavini Nəriman Cəlal hələ 2021-ci ildə Krımda əsir götürülüb. Yelena Pex və Valeri Matyuşenko 2017-2018-ci ildən əsirlikdə olan mülki şəxslərdir. Bohdan Geleta və İvan Levitski işğalçılara müqavimət göstərdiklərinə görə Berdyanskda əsir götürülən Ukrayna Yunan Katolik Kilsəsinin keşişləridir”, - deyə o yazıb.

Belarus ərazisində əsir götürülən və həbsdə olan daha beş mülki şəxs də azad edilib: Nikolay Şvets, Natalya Zaxarenko, Pavel Kuprienko, Lyudmila Qonçarenko və Yekaterina Bryuxanova.

"Onların hamısı artıq azad edilib və Ukraynadadırlar, kömək edən hər kəsə təşəkkür edirəm. Bu insanları evlərinə buraxacağıq”, - deyə Zelenski əlavə edib.
Qeyd edək ki, çərşənbə axşamı, iyunun 25-də 90 Ukrayna hərbçisi Rusiya əsirliyindən geri qaytarılıb.

Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Telegram kanalında məlumat verib. Onun sözlərinə görə, Milli Qvardiya, Hərbi Dəniz Qüvvələri, Ordu, Ərazi Müdafiəsi və Sərhəd Mühafizəsinin əsgərləri əsirlikdən azad edilib.

"Mariupolu müdafiə edənlər, Xerson, Donetsk, Xarkov, Zaporojye və Luqansk istiqamətində olanlar, hər birinin azad edilməsi üçün çalışırıq”, - o yazıb.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->