Xəbər lenti

İranda prezident seçkiləri: Məsud Pezeşkian liderdir
Dünya 13:21 29.06.2024

İranda prezident seçkiləri: Məsud Pezeşkian liderdir

İranda növbədənkənar prezident seçkilərinin nəticələrinin hesablanması davam edir. 

Qaynarinfo xəbər verir ki, 24 535 185 bülletenin hesablanmasından sonra Məsud Pezeşkian liderdir. Azərbaycan əsilli islahatçı siyasətçi 10 415 991 (42.6%) səs toplayıb.

Onun əsas rəqibi Səid Cəlili 9 473 298 (38.8%) səs toplayıb. Məhəmməd Baqer Qalibaf üçüncü (3 383 340 - 13.8%), Mustafa Purməhəmmədi dördüncü (206,397 - 0.8%) yerdə qərarlaşıb.

Birinci turda qalib gəlmək üçün namizəd 50 faizdən çox səs toplamalıdır. Əks halda, bir həftə sonra ikinci tur keçirilir və bu turda birinci turda ən çox səs toplayan iki namizəd iştirak edir.

Heç bir namizəd çoxluğu təmin edə bilmədiyindən islahatçı Məsud Pezeşkian və mühafizəkar Səid Cəlili ikinci turda yarışacaq. Seçkilərin ikinci turunun iyulun 5-də keçirilməsi nəzərdə tutulur.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->