Xəbər lenti

Dünya 16:02 29.06.2024

"Google Translate" tərcümələr siyahısına krım-tatar dilini əlavə etdi

"Google Translate" krım-tatar dilini dillər siyahısına əlavə edib. Artıq bu dil tərcümə üçün də mövcuddur.

Bu barədə Qaynarinfo Ukrayna Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

"Bu, hazırda təhlükə altında olan dilin qorunub saxlanması üçün mühüm addımdır. Onilliklər ərzində və hətta bu günə qədər Rusiya çarəsiz şəkildə onu, eləcə də Krım tatarlarını və onların mədəniyyətini məhv etməyə çalışır", - məlumatda deyilir.

Ukrayna XİN-in məlumatına görə, bu funksiya bütün dünyada milyonlarla insana krım-tatar dilini öyrənməyə və istifadə etməyə imkan verəcək, eyni zamanda Ukraynanın yerli əhalisinin mədəniyyətini daha əlçatan edəcək.

"Biz Krım tatarlarının zəngin dil və mədəni irsinin dünya ictimaiyyəti üçün dəyər olduğunu bir daha göstərən bu mühüm təşəbbüsə görə "Google"a təşəkkür edirik”, - nazirlik əlavə edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->