Xəbər lenti

İran seçkiləri - ikinci tur nə vəd edir? (ŞƏRH)
Dünya 12:18 29.06.2024

İran seçkiləri - ikinci tur nə vəd edir? (ŞƏRH)

"Pezeşkian və Cəlili ikinci tura keçəcəklər. İkinci turda isə Cəlilinin prezident seçilmək şansı daha yüksəkdir". 
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Kənan Rövşənoğlu İranda dünən keçirilən seçkilərin ilkin nəticələrini şərh edərkən deyib.
 
Kənan Rövşənoğlu bildirib ki, İranda artıq səslərin təxminən 18 milyonu (ümumi səslərin 30 faizi) sayılıb:



"Səsvermənin nəticələri onu ehtimal etməyə əsas verir ki, Pezeşkian və Cəlili ikinci tura gedəcəklər. İkinci turda isə mühafizəkar namizədlərin birləşməsinə gərək yoxdur, mühafizəkarlar Cəliliyə, islahatçılar Pezeşkiana səs verəcək. Beləliklə, Cəlilinin seçilmə şansı artır. Çünki səslərini ən azı 50 faiz artıracaq. Amma Pezeşkianın da şansı var, daha çox insan səsverməyə gəlsə, o, qalib ola bilər. Amma dediyim kimi indiki şərtlərdə, ikinci tur olarsa Cəlilinin şansı yüksəkdir".

Qeyd edək ki, iyunun 28-də İranda növbədənkənar president seçkiləri keçirilib. Mübarizə 4 namizəd arasında gedib. Bunlar Səid Cəlili, Məhəmməd Baqer Qalibaf, Mustafa Purməhəmmədi və Azərbaycan əsilli islahatçı Məsud Pezeşkiandır. 

61 milyonluq seçici səslərinin son məlumata görə 18 milyonunun səsi hesablanıb. Onun nəticəsinə əsasən, Məsud Pezeşkian cüzi fərqlə Səid Cəlilini qabaqlayır. Lakin ilkin nəticələrə görə namizədlərdən heç biri mütləq səs çoxluğu qazana bilməyib. Bu da ikinci tutun olacağını istər-istəməz qaçılmaz edir. 

Rüfət Sultan


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->