Boliviya
prezidenti Evo Morales rəsmən istefa verdiyini elan edib.
"Report"
xəbər verir ki, istefa xəbəri Boliviya liderinin ölkədə yeni prezident seçkilərinin
keçiriləcəyini elan etməsindən az sonra məlum olub.
Bundan
əvvəl ölkənin Silahlı Qüvvələr komandanlığı onu ölkədə sabitliyin təmin
olunması üçün vəzifədən getməyə çağırıb.
Bu arada Meksika Evo Moralesə sığınacaq verməyə
hazır olduğunu bəyan edib.
Bu barədə Meksikanın Xarici İşlər naziri Marselo
Ebrard özünü "Twitter” səhifəsində yazıb:
"Müdaxilə
etməmək və sığınacaq vermək ənənəsinə uyğun olaraq Meksika La Pasdakı rəsmi
iqamətgahında Boliviyanın icra və qanunverici orqanının 20-dən çox əməkdaşına
sığınacaq verib. Evo Moralesə sığınacaq verilməsini də təklif etmişik” deyə XİN
rəhbəri yazıb.
Bundan
əvvəl Ebrard Boliviyada baş verənləri "hərbi əməliyyat” adlandırıb və
Meksikanın bunu qəbul etməyəcəyini bildirib.
Bazar
günü Morales ölkədəki vəziyyəti çevriliş adlandıraraq istefa verdiyini elan
edib. Onun ardınca vitse-prezident Alvaro Qarsia Linera, Senatının spikeri
Adriana Salvatyerra, Senat sədrinin birinci müavini, həmçinin Deputatlar
Palatasının rəhbəri Viktor Borda da istefa verib. Boliviya Senatının ikinci
vitse-spikeri, müxalifətin nümayəndəsi Janin Anyes bütün yüksək rəhbərliyin
istefasından sonra ali hakimiyyətin ona keçdiyini bildirib.
Qeyd edək ki, Boliviyada prezident seçkiləri oktyabrın 20-də keçirilib. Ali Seçki Məhkəməsi hazırkı dövlət başçısı E. Moralesin seçkilərdə qalıb gəldiyini elan edib. Seçkilərin nəticələrinin elan olunmasından sonra Boliviyada etiraz aksiyaları başlayıb. Etirazlar zamanı baş verən toqquşmalarda 3 nəfər ölüb, 380 nəfər xəsarət alıb.
Şərhlər