Bratislavada Azərbaycan və Ermənistan XİN başçıları arasında görüş başladı

Bratislavada Azərbaycan və Ermənistan XİN başçıları arasında görüş başladı

Slovakiyanın paytaxtı Bratislavada Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş başlayıb. 

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva "Twitter” səhifəsində bildirib.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edir.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi müzakirə olunur.

Qeyd edək ki, E.Məmmədyarovla Z.Mnatsakanyan arasında sonuncu görüş sentyabrın 24-də ABŞ-ın Nyu-York şəhərində keçirilib. 
Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR