Böyük Britaniya Ukraynada atəşkəs rejimini qorumaq və Rusiyanın növbəti müdaxiləsinin qarşısını almaq üçün minlərlə əsgərini bu ölkədə illərlə yerləşdirməyə hazırdır.
Qaynarinfo xəbər verir ki, bu barədə The Times yazır.
Britaniya hökumətində yüksək vəzifəli bir mənbənin The Times-a bildirdiyinə görə, Böyük Britaniya Ukraynaya qeyri-müəyyən müddətə hərbi qüvvələr göndərmək öhdəliyini üzərinə götürməyə hazırdır.
"Bu, uzunmüddətli öhdəlikdir, biz illərdən danışırıq, – deyə mənbə bildirib. - Sülh sazişinin qorunması və Rusiyanın qarşısının alınması üçün nə qədər lazımdırsa, o qədər qalacağıq", - mənbə deyib.
Bununla belə, Britaniyanın baş naziri Kir Starmer bu qüvvələrin Rusiya ordusuna atəş açıb-açmayacağı barədə konkret açıqlama verməyib. Gözlənilir ki, "əməkdaşlıq qaydaları” yaxın günlərdə müzakirə olunacaq.
Starmer eyni zamanda ABŞ-ın təhlükəsizlik zəmanəti olmadan Böyük Britaniyanın Ukraynaya qoşun göndərməyəcəyini açıq şəkildə bəyan edib. Lakin Donald Tramp dəfələrlə belə bir zəmanət verməkdən imtina edib, ABŞ biznesinin Ukraynadakı varlığını əsas təhlükəsizlik amili kimi təqdim edib.
The Times-ın məlumatına görə, "istəkli dövlətlər koalisiyasının" müdafiə rəsmiləri cümə axşamı Londonda görüşəcək və sülhməramlı qüvvələrin harada yerləşdirilməsini daha dəqiq müzakirə edəcəklər.
Ümumilikdə Böyük Britaniya, Fransa, Türkiyə, Kanada və Avstraliya da daxil olmaqla altıdan çox ölkə Ukraynaya 30 000-ə qədər hərbi qüvvə göndərmək planlarını müzakirə edir. Digər ölkələr isə silah və logistik dəstək verməyə hazır olduqlarını bildiriblər.
Risklər və qeyri-müəyyənliklər:
Britaniyanın keçmiş diplomatı Piter Rikets hesab edir ki, ABŞ təhlükəsizlik zəmanəti olmadan Avropa sülhməramlılarının Ukraynaya göndərilməsi ciddi risklər yaradır. O, eyni zamanda bu qüvvələrin lazım gəldikdə ruslarla birbaşa qarşıdurmaya hazır olması gərəkdiyini vurğulayıb.
Bununla belə, hazırkı Britaniya hökumətinin nümayəndələri Ukraynada yerləşdiriləcək sülhməramlıların Rusiya qüvvələrinə atəş açmaq səlahiyyətinə malik olub-olmayacağı ilə bağlı suallardan yayınıblar. Əgər belə bir səlahiyyət verilməsə, o zaman sülhməramlı qüvvələrin yerləşdirilməsinin mənası şübhə altına düşür.
Alpər
Şərhlər