Bu adamlara çiyələk yemək olmaz – Həkim xəbərdarlığı

Bu adamlara çiyələk yemək olmaz – Həkim xəbərdarlığı

Müəyyən problemləri olan insanlar çiyələk yeməyi dayandırmalıdırlar. 

Qaynarinfo xəbər veirr ki, bu haqda Cursorinfo-da dərc olunan həkim xəbərdarlığında deyilir. Həkimlər qeyd edir ki, məsələn, allergiyası olanların və ya oynaqlarında ağrıdan şikayətlənənlərin çiyələk yeməməsi məsləhətdir.

Çiyələk yemək qastrit və xoraları olanlar üçün də uyğun sayılmır, çünki giləmeyvə səthində olan kiçik tığcıqlar mədə-bağırsağın selikli qişasını qıcıqlandırır.
 
Hipertoniyaya qarşı dərman qəbul edərkən də çiyələyi ehtiyatla yemək lazımdır, çünki dərmanla birlikdə yemək böyrəklərin  yükünü artıracaq, həmçinin kalsium azlığı olanlara da məsləhət deyil - çiyələklərdə oksalik turşusu var ki, onun istifadəsi qırıqlar, osteoporoz və idman yüklənmələri zamanı təhlükəli ola bilər.
 
Alpər

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR