"VHP-nin qərargahında siyasi partiyalarla görüş keçiriləcək".
Bu barədə məlumatı Qaynar.info-ya Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər deyib. Danışıqlar prosesindən danışan partiya sədrinin sözlərinə görə, danışıqlar iki istiqamətdə aparılır: "Bir tərəfdən Milli Şura yaradılması məsələsi, digər tərəfdən siyasi partiyaların toplantısının keçirilməsi müzakirə olunur. Bu toplantılardan biri Hacıbaba Əzimovun təşkilatçılığı ilə Vətəndaş Həmrəliyi Partiyasının (VHP) qərargahında keçirələcək. Siyasi partiyalar arasında narazı tərəflərin olmasını konfransdan sonra biləcəyik".
S.Əkbər "Hazırda Müsavat Partiyası ilə münasibətləriniz hansı səviyyədədir” sualına da cavab verib: "Müsavatla münasibətlərimiz mətuatda yazıldığı kimidir. Fərqli bir şey yoxdur".
Şərhlər