Xəbər lenti

Bu ölkələrə hava yolu ilə sərnişindaşıma bahalaşdı
Ekonomiks 21:42 15.05.2021

Bu ölkələrə hava yolu ilə sərnişindaşıma bahalaşdı

Cari ilin aprel ayında əvvəlki ayla müqayisədə ayrı-ayrı xidmət növlərindən daha çox bahalaşma paltarların təmiri, dişlərin müaliсəsi, bərbərxana və kosmetoloji xidmətlərin, MDB ölkələrinə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində qeydə alınıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Dövlət Statistika İdarəsi məlumat yayıb.

Bildirilib ki, ucuzlaşma isə MDB ölkələri istisna olmaqla, hava nəqliyyatı ilə digər ölkələrə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub.

Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->