Xəbər lenti

Bu müəllim sertifikasiya imtahanında 60 bal topladı
Ölkə 14:37 24.06.2025

Bu müəllim sertifikasiya imtahanında 60 bal topladı

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi bu gün də davam edir.

Modern.az xəbər verir ki, sertifikatlaşdırılma imtahanlarının dördüncü günündə də 60 bal toplayan müəllim olub.

Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin biologiya müəllimi Nərgiz Əliyeva sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində maksimum nəticə göstərərək 60 bal toplayıb!

Qeyd edək ki, 24 iyun tarixində keçirilən imtahanda biologiya və kimya fənnini tədris edən müəllimlər iştirak edirlər.

Bu gün təşkil olunan test imtahanına ümumilikdə 6142 nəfər müəllim dəvət olunub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->