Xəbər lenti

Qlobal sərvət 2024-cü ildə 305 trilyon dollara çatıb
Dünya 17:17 24.06.2025

Qlobal sərvət 2024-cü ildə 305 trilyon dollara çatıb

Bu gün, iyunun 24-də "Boston Consulting Group" (BCG) qlobal sərvətin dinamikası (bütün aktivlərin dəyəri) üzrə illik hesabatını dərc edib. 

Qaynarinfo-nun məlumatına görə, "Qlobal Sərvət Hesabatı 2025"də bildirilir ki, ötən ilin sonuna dünyada sərvətin ümumi həcmi 305 trilyon dollara çatıb. Bu, əvvəlki illə müqayisədə 4,4% çoxdur, lakin əvvəlki beş ildə göstərilən 5,1% orta illik artım tempindən azdır. 

Əsas artım, əsasən, bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin fond bazarlarında yaranmış müsbət vəziyyət nəticəsində ötən il 8% artmış maliyyə aktivləri hesabına təmin edilib.

Regionlar arasında sərvətin ən əhəmiyyətli artımı Şimali Amerikada qeydə alınıb - 15,3%. İkinci yerdə Asiya-Sakit okean regionu (+10,7%), üçüncü yerdə Mərkəzi Asiya-Şərqi Avropa regionu (+8,4%) qərarlaşıb. Keçən il ən pis göstərici Latın Amerikası (-9,3%) və hesabatda ayrıca region kimi seçilən Yaponiyada (+1,9%) olub.

BCG analitikləri qeyd edirlər ki, Asiya-Sakit Okean regionu növbəti illərdə böyük artım potensialına malikdir — 2029-cu ilə qədər orta illik təxminən 9% artım gözlənilir ki, bu da Şimali Amerika (+4%) və Qərbi Avropa (+5%) ilə müqayisədə yüksəkdir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->