Baş nazir Novruz Məmmədov Nazirlər Kabinetinin "Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda dəyişikliklər edib.
Qaynarinfo xəbər verir ki, qaydalara aşağıdakı əlavələr edilib:
- Aşağıdakı məzmunda 2.10.6-1-ci, 2.10.6-2-ci, 2.11.6-1-ci və 2.11.6-2-ci yarımbəndlər əlavə edilib:
"2.10.6-1. hesablanmış, ödənilmiş, artıq ödənilmiş vergilər və artıq ödənilmiş vergilərin büdcədən qaytarılan məbləğləri barədə əvvəlki iki il və cari ilin müvafiq hesabat dövrü üzrə məlumatlar;
5.3-cü bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilib:
"Azərbaycan Respublikasının Vergilər Nazirliyi aylıq, rüblük və ilin əvvəlindən artan yekunla gəlirlərin təsnifatı üzrə hesabatlara müvafiq dövr üzrə hesablanmış, ödənilmiş, artıq ödənilmiş vergilər, artıq ödənilmiş vergilərin büdcədən qaytarılan məbləğləri və vergi borcları barədə məlumatları əlavə edir.”.
- aşağıdakı məzmunda ikinci abzas əlavə edilib:
"Azərbaycan Respublikasının adından imzalanmış kredit müqavilələrinin şərtlərinə uyğun olaraq xarici kredit təşkilatları tərəfindən ayrılan maliyyələşmələrin (ödənişlərin) dövlət xəzinədarlığının bank hesabları vasitəsilə deyil, layihələr üzrə icraçıların bank hesablarına birbaşa ödənilməsi nəzərdə tutulduğu halda, həmin maliyyələşmələr (ödənişlər) üzrə əməliyyatlar, bu əməliyyatların icrası barədə xarici kredit təşkilatlarının ödəniş bildirişləri əsasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsinin kəsirinin həmin məbləğdə bağlanılması hesabına təmin edilir.”.
5.21-ci bəndin birinci və ikinci abzasları aşağıdakı redaksiyada verilsin:
"İlin sonuna bütün xəzinə hesablarının qalıqları vahid xəzinə hesabına köçürülür. Vahid xəzinə hesabının sərbəst qalığı dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə və (və ya) növbəti ilin dövlət büdcəsi xərclərinin on ikidə bir hissəsi həmin il üzrə Qanunun 7-ci maddəsində göstərilən xərclərin ödənilməsinə yönəldilir, qalan vəsaitin dövlət büdcəsinin neft gəlirlərinin cari büdcə ili üçün dövlət büdcəsində nəzərdə tutulan məbləğindən artıq daxil olan hissəsindən çox olmayan məbləği Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fonduna köçürülür. Vahid xəzinə hesabının sərbəst qalığının yerdə qalan hissəsi bu Qaydaların 5.44-cü bəndində nəzərdə tutulmuş qaydada idarə edilir. Bu bənddə nəzərdə tutulan əməliyyatlar aparıldıqdan sonra vahid xəzinə hesabının sərbəst qalığının qalan hissəsi isə Azərbaycan Respublikasının Dövlət Neft Fonduna köçürülür.”.
- 5.33-cü bəndə aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin:
"Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən icrası təmin olunan gəlirlər üzrə bu Qaydaların 5.3-cü bəndinin ikinci cümləsində göstərilən məlumatlar da hesabata əlavə edilir.”.
- 5.44-cü bəndin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
"Büdcə ili ərzində vahid xəzinə hesabının sərbəst qalığı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən idarə olunur və (və ya) idarəetməyə verilir, yaxud dövlət borcuna xidmətlə əlaqədar xərclərin həmin ilin dövlət büdcəsində dövlət borcuna xidmət edilməsi ilə bağlı nəzərdə tutulan xərclərdən artıq olan hissəsinin maliyyələşdirilməsini təmin etmək üçün Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fonduna köçürülür.”.
- Aşağıdakı məzmunda 7.2-1-ci bənd əlavə edilsin:
"7.2-1. Dövlət borcuna xidmət, o cümlədən əsas məbləğin və faizin qaytarılması üzrə xərclər cari büdcə ilində həyata keçirilən yeni dövlət borcalması və (və ya) Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun vəsaiti hesabına ödənildikdə, bu xərclərin həmin ilin dövlət büdcəsində dövlət borcuna xidmət edilməsi ilə bağlı nəzərdə tutulan xərclərdən artıq olan hissəsi dövlət büdcəsinin xərclərinə aid edilmir.”.
Şərhlər