eMarketer deyir ki, Mobil oyunlar rəqəmsal oyunlar arasında ən böyük auditoriyaya sahib bazardır.
Böyük reklamverənlər onları daha yaxşı reklam platforması hesab etməyə başlayırlar. Belə ki, 2019-un sonunda ABŞ-da 147.8 milyon mobil oyunçu olacağı proqnoz edilir.
Konsollardaki oyunçu sayı isə cəmi 91 milyon olacaq. Belə olduqda mobil auditoriya reklamverənlər üçün yaxşı imkandır. İstifadəçilər arasında 2018ci ilin yay aylarında ABŞ-da aparılmış sorğu nəticələrinə görə, sorğuda iştrak etmişlərin 49%-i oyunların daha üstün reklam imkanlarına malik olduqlarını dedi. 24% isə sosial şəbəkə reklamlarının lehinə fikir səsləndirdilər.
Auditoriya genişləndikcə böyük reklamverənlər də baş verənlərə tərəf maraq salırlar: "Əvvəllər oyunlar aşağı keyfiyyətli mühit hesab olunurdular, brendlər YouTube elanlarına bənzər prerol-lar istəyirdilər. Lakin indi onlar bu auditoriyanın təkcə oyunsevən uşaqlardan ibarət olmadığını görürlər. Böyük brendlərin reklamverənləri ilk dəfədir ki, bu sahəni mənimsəyirlər”.
eMarketer tərəfindən verilən qiymətləndirməyə görə, 2019-un sonunda mobil oyun gəliri 12% artacaq. 2020-ci ilin sonunda isə adi tətbiqlərin gətirdiyi 29.7 milyard ilə müqaisədə mobil oyunlar 94 milyard rəqəmini ötəcəklər.(fins.az)
Şərhlər