Səudiyyə Ərəbistanından olan jurnalist Camal Qaşıqçının meyitinin bəzi qalıqları İstanbulda yerləşən Səudiyyə Konsulluğunun həyətindəki su quyusundan tapılıb.
Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Vətən Partiyasının sədri Doğu Perincek məlumat verib.
Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının iclasında iştirak edəcək və onun Qaşıqçının qətli ilə bağlı bütün detalları açıqlaması gözlənilir.
Qeyd edək ki, Camal Qaşıqçı 2 oktyabrda konsulluqda öldürülüb. Səudiyyə jurnalistin öldürüldüyünü rəsmi olaraq təsdiq edib. Kral Salman və Vəliəhd Şahzadə Məhəmməd bin Salman Qaşıqçı ailəsinə başsağlığı verib.
Gülşən
Şərhlər