"
Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək.
Qaynarinfo-nun məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv II turda Bakıda Danimarkanın "Kopenhagen" klubu ilə üz-üzə gələcək.
Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək. Matçı Niderlanddan olan FIFA referisi Serdar Gözübüyük idarə edəcək.
Qeyd edək ki, "Qarabağ" I turda Portuqaliyada "Benfika"nı məğlub edib - 3:2. "Kopenhagen" isə evdə Almaniyanın "Bayer 04" komandası ilə heç-heçə edib - 2:2.
Çempionlar Liqası
2025/26 mövsümü
Liqa mərhələsi, II tur
I tur
20.45 Qarabağ (Azərbaycan) - Kopenhagen (Danimarka)
Hakimlər: Serdar Gözübüyük, Ervin Zeynstra, Patrik İnya (Niderland).
Bakı.Tofiq Bəhramov adına Respublika stadionu.
Şərhlər