Xəbər lenti

Əliyar Ağayevə Avropa Liqasına təyinat aldı
İdman 11:41 30.09.2025

Əliyar Ağayevə Avropa Liqasına təyinat aldı

FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

Qaynarinfo AFFA-ya istinadən xəbər verir ki, Ə.Ağayev UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək "Brann” (Norveç) – "Utrext” (Niderland) matçının baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. Macarıstanlı Tomaş Baqnar VAR, Ferens Karako isə AVAR kimi fəaliyyət göstərəcək.

Qarşılaşma oktyabrın 2-də Bergen şəhərindəki "Brann” stadionunda keçiriləcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->