Xəbər lenti

Paytaxtın bu ərazisində qaz kəsiləcək
Ölkə 22:30 30.09.2025

Paytaxtın bu ərazisində qaz kəsiləcək

Səbail rayonu ərazisində yerləşən "Gülüstan” qaz xəttində quraşdırılmış qaz tənzimləyicisinin demontaj edilməsi işləri ilə əlaqədar, 01.10.2025-ci il tarixdə saat 10:00-dan etibarən işlər başa çatanadək göstərilən qaz xəttində qaz təchizatı dayandırılacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə "Azəriqaz” İB məlumat yayıb.
 
Bildirilib ki, həmin müddət ərzində Səbail rayonunun Bayıl qəsəbəsində qaz təchizatında fasilə yaranacaq.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->