Xəbər lenti

AMEA-da 2020-2023-cü illərdəki qanun pozuntuları hərtərəfli araşdırılır
Ölkə 10:07 01.10.2025

AMEA-da 2020-2023-cü illərdəki qanun pozuntuları hərtərəfli araşdırılır

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) 2020-2023-ci illərdəki qanun pozuntuları ilə bağlı hərtərəfli araşdırma aparılır.

"Report" xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, həmin cinayət işində bir neçə epizod üzrə istintaq aparılıb:

"Məndə olan məlumata görə, artıq bəzi epizodlarda ibtidai istintaq tamamlanıb. Cinayət işləri baxılması üçün məhkəməyə göndərilib. Zərurət olarsa, bu barədə əlavə məlumat verəcəyik".

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->