Xəbər lenti

Efirdə səhhəti pisləşən Allahverdi Yolçuyevin vəziyyəti necədir?
Maqazin 10:16 01.10.2025

Efirdə səhhəti pisləşən Allahverdi Yolçuyevin vəziyyəti necədir?

Aktyor Allahverdi Yolçuyev canlı efirdə səhhətinin qəfil pisləşməsinin səbəblərindən danışıb. 

Aktyor Qaynarinfo-ya açıqlamasında təzyiqinin yüksəldiyini bildirib:

"Narahat idim, özümü pis hiss edirdim. Bilmirəm havadan idi, ya qəbul etdiyim dərmanlardan... Təzyiqimi ölçəndə baxdıq ki, 150-ni ötüb. Gecəni də narahat yatmışdım. İndi bir az yaxşıyam, amma hələ özümə gəlməmişəm".

"Belə vəziyyətdə evdən niyə çıxırsınız" sualına aktyorun cavabı belə oldu:

"Xahiş etdilər, dostlarımdır, yox demək olmur. Dedim həm də havamı dəyişərəm, bütün günü evdəyəm".

Qeyd edək ki, aktyor Allahverdi Yolçuyev canlı efirdə olarkən halı pisləşib. Bu səbəbdən də aktyor efirdən çıxarılıb. 

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->