Xəbər lenti

ÇL:
İdman 14:10 17.06.2026

ÇL: "Sabah"ın II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli oldu (YENİLƏNİB)

"Sabah"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

Qaynarinfo-nun məlumatına görə, püşkatma mərasimindən sonra dəqiqləşib.

Azərbaycan təmsilçisi I təsnifat mərhələsində TNS (Uels) komandasını məğlub etsə, növbəti raundda Vardar" (Şimali Makedoniya) - "Kups" (Finlandiya) cütünün qalibi ilə görüşəcək.

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları 17 iyulda, cavab matçları 21-22 iyulda baş tutacaq.

10.58
 
"Sabah"ın UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsindəki potensial rəqibi bu gün bəlli olacaq.

Qaynarinfo-nun məlumatına görə, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Səpələnməmişlər səbətində yer alan Azərbaycan təmsilçisi mərhələ adlayacağı təqdirdə "Srvena Zvezda" (Serbiya), Lex (Poznan, Polşa), "Floriana" (Malta) - "Şemrok Rovers" (İrlandiya) cütünün qalibi, "Vardar" (Şimali Makedoniya) - "Kups" (Finlandiya) cütünün qalibi, "Jalqiris" (Litva) - "Drita" (Kosovo) cütünün qalibi və ya "Linkoln" (Cəbəllütariq) - "İnter" (Eskaldes, Andorra) cütünün qalibi ilə üz-üzə gələcək.

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları 17 iyulda, cavab matçları 21-22 iyulda baş tutacaq.

Xatırladaq ki, "Sabah" turnirin I təsnifat mərhələsində TNS (Uels) ilə münasibətləri aydınlaşdıracaq. Bu mərhələnin oyunları iyulun 7-8-i və 14-15-də keçiriləcək. Valdas Dambrauskasın baş məşqçisi olduğu Azərbaycan çempionu ilk matçı evdə keçirəcək.
--> -->